Latviya səfirliyi "Qarabağ atları" adlı sərgi təşkil edəcək

17:25 20.09.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Latviyanın Azərbaycandakı Səfirliyi Arts Council of Azerbaijan QHT və İçəriŞəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birlikdə 24-28 sentyabr tarixlərində Art Tower Galereyasında latviyalı fotoqraf və rəssam Dase Ştrausanın "Qarabağ atları" adlı sərgisini təşkil edəcək.

Hafta.az-ın yazdığına görə, Dase Ştrausa paytaxt Bakıda 3 il yaşayıb, onun mədəniyyəti və insanları ilə yaxından tanış olub. Azərbaycanda yaşadığı müddət ərzində sehrləri ilə bir çox nəsillərin könüllərini fəth edən Qarabağ atları ilə tanış olmaq imkanı əldə edib.
Dase Ştrausa artiq bir neçə ildir ki, Azərbaycanı tərk edib. Lakin hələ də Azərbaycan atları onu yeni sənət əsərləri yaratmağa ruhlandırmaqdadır.

Oxunma sayı 538