Lənkəran İcra Hakimiyyətində əməliyyat - Vəzifəli şəxslər saxlanılıb

15:54 04.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirir.

Hafta.az-ın əldə etdiyi məlumata görə, icra hakimiyyətində vəzifəli şəxslərdən biri rüşvət alarkən yaxalanıb.

Əməliyyat zamanı icra hakimiyyətinin bir neçə vəzifəli şəxsi saxlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildirilib ki, əməliyyatla bağlı əlavə məlumat veriləcək.

Oxunma sayı 1794