Lənkəranda karantin qaydalarını pozan daha 2 obyekt cərimələndi

11:49 23.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lənkəranda gecə saat 12-dən sonra fəaliyyət göstərən obyektlər müəyyən edilib.

 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan hafta.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı rayonun Digah kəndində yerləşən “Zəm-Zəm” çay evinin karantin rejimi qaydalarına zidd olaraq qəlyan xidməti göstərdiyi, Vilvan kəndində yerləşən digər bir çay evinin isə gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi aşkar edilib.

 

Həmin obyektlərlə bağlı 3 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.