Lənkəranda xəstəxanada ölüm faktı ilə bağlı araşdırma aparılır

18:55 04.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında “sol tərəfi boğulmuş qasıq yırtığı diaqnozu” ilə cərrahi əməliyyat olunmuş 1965-ci il təvəllüdlü Siyavuş Rzayevin noyabrın 4-də həmin xəstəxanada vəfat etməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.

Hafta.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun mətbuat xidmətindən daxil olmuş sorğulara cavab olaraq bildirilib.