Lerikdə 4 tondan çox xaş-xaş kolu məhv edildi

12:39 17.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lerik rayonun Orand kəndi ərazisində yabanı halda bitən 4 tondan çox xaş-xaş kolu məhv edilib.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qurupundan məlumat verilib.

Bildirilib ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Orand kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 4 tondan artıq olan 16 286 ədəd xaş-xaş kolu yandırılaraq məhv edilib.

Oxunma sayı 94
Siyasət rubrikasından digər xəbərlər