“Lider, Böyük İnsan, Sərkərdə, əsl Ali Baş Komandan...” - Afaq Bəşirqızı

15:14 24.12.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Lider, Böyük İnsan, Sərkərdə, əsl Ali Baş Komandan... Mən Prezidenti bu obrazda görürəm.

Bu fikirləri hafta.az-a xalq artisti Afaq Bəşirqızı deyib:

“Lider, Böyük İnsan, Sərkərdə, əsl Ali Baş Komandan... Mən Prezidenti bu obrazda görürəm.  Təbrik edirəm! Doğum günü hər bir insan üçün müqəddəsdir. Bəzən insanlar içi mən qarışıq deyirlər ki, “Doğum gününü qeyd etməyi sevmirəm”. İnsan özlüyündə qeyri-ixtiyari də olsa, bir neçə dəqiqə, bir neçə saat, bəlkə də bütün günü bu gün haqqında fikirləşirsə,  deməli, onun üçün önəmlidir. Ona bu önəmli günün səadətini,   xoş təəssüratını görməyi, həmişə Ali Baş Komandan, Lider kimi qalmağı arzulayıram.  Dəmir Yumruğunun Polad Yumruğa çevrilməsini gözləyirəm.  AMİN...

Mən dövlət başçımızı Lider, Böyük İnsan, Sərkərdə, əsl Ali Baş Komandan adlandırdım. Əslində, bu söz çox asan deyilir və sadə görünür. Bütün bu titulların fonunda ŞƏXSİYYƏT durur. Bu şəxsiyyəti təsdiq etmək hər liderə, hər Ali Baş Komandana, hər Prezidentə nəsib olmur. İlham Əliyev bu sözlərin hamısını öz simasında təsdiq etdi və həm də Böyük Şəxsiyyət oldu. Torpağa olan sevgisinə, Vətəninin bütövlüyünə, xalqının birliyinə inandı ki, xalq da ona inandı. İnsan özünə inananda artıq sərkərdə olur. Ölkə Prezidenti bütün xalqı, hətta xaricdə olan azərbaycanlıları da inandırdı. Bu bizim üçün çox böyük qələbə ilə nəticələndi.  O, bizim 30 il alnımıza düşən ləkəni sildi. Buna görə də bütün həyatımız boyu ona minnətdarıq”.