Litva Rusiyadan qaz idxalına qadağa qoydu

23:53 28.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Litva Seymi Rusiyadan qaz idxalının dayandırılması barədə qərar qəbul edib.

Hafta.az xəbər verir ki, bu barədə "DELFI" portalı məlumat yayıb.

Bildirilib ki, 123 deputat Rusiyadan qaz idxalının dayandırılmasına dair layihənin lehinə səs verib, iki nəfər isə birtərəf qalıb. 

Məlumatda qeyd olunub ki, Litvanın qaz nəqli sistemi bundan sonra yalnız milli təhlükəsizliyə təhlükə yaratmayan ölkələrin tədarükçüləri üçün əlçatan olacaq.

Oxunma sayı 127