Yazını böyüt
Yazını kiçilt
İngiltərə millisinin və "Liverpul"un futbolçusu Trent Aleksander-Arnold karyerasını "Real Madrid"də (İspaniya) davam etdirmək istəyir.
26 yaşlı müdafiəçi bununla bağlı Mersisayd rəhbərliyinə məlumat verib. Klub oyunçuya yeni müqavilə təklif etsə də, yığma üzvü buna razılıq verməyib.
Futbolçunun “Liverpul"la müqaviləsi 2025-ci ilin yayında başa çatır.
Qeyd edək ki, Trent Aleksander-Arnold bu mövsüm “Liverpul”un heyətində 44 matçda 10 məhsuldar ötürmə ilə yadda qalıb.