lmaniyada pandemiya ilə bağlı vəziyyət getdikcə pisləşir

17:09 07.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniyada koronavirusa yoluxma ilə bağlı həftəlik göstəricilər artıb.

Hafta.az xəbər verir ki, söhbət bütün ölkə üzrə artımdan gedir. AFR-dən COVID-19-a yoluxmada həftəlik səviyyə əhalinin hər 100 min nəfərinə 1426 nəfər təşkil edib ki, bu da yeni federal rekorddur. Bir gün əvvəl bu göstərici 1400,8-ə bərabər idi. Bütün ölkə üzrə sutka ərzində 49 nəfər koronavirusun qurbanı olub. Xəstəxanaya yatırılanların sayı azalıb – bugünkü göstərici 5.63 faiz, şənbə günü isə 6.13 faiz təşkil edib.

Pandemiya başlanandan bəri Almaniyada 11.117.857 koronavirusa yoluxma faktı təsdiqlənib.