Lökbatanda quldurluq edən şəxslər saxlanıldı

15:37 10.01.2020 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bakıda quldurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Lökbatan qəsəbə sakini Ş.Mustafayev yanvarın 8-də qəsəbə ərazisində 2 nəfərin ona hədə-qorxu gələrək 500 manat verməsini tələb etdiklərini bildirib.

Qeyd edilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Yevlax rayon sakini O.Namazov və Goranboy rayon sakini T.Hüseynov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.