Lukaşenko: Ukrayna üzrə sülh danışıqlarının alternativi yoxdur

10:24 24.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırkı şəraitdə Ukrayna üzrə sülh danışıqlarına alternativi yoxdur və Minsk regionda təhlükəsizliyin təmin olunması üçün əlindən gələni edəcək.

Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Müstəqillik Günü münasibətilə Ukrayna xalqına təbrikində bildirib. Təbrikin mətnini prezidentin mətbuat xidməti dərc edib.

"Bugünkü çətin şəraitdə slavyan xalqlarının indiki və gələcək nəsilləri naminə sülh dilində danışmaq nəinki mümkündür, həm də vacibdir", - deyə Lukaşenko vurğulayıb. Onun sözlərinə görə, Ukrayna xalqına Belarus torpağında həmişə hörmət və isti münasibət olub. Uzun müddətdir ki, xalqlarımız birlikdə güc taparaq, sevinc və kədəri, sığınacaq və çörəyi bölüşüb, çətinliklərə birlikdə qalib gəlib.

Belarus Prezidenti Ukrayna sakinlərinə sülh səması, vətəndaş həmrəyliyi və firavanlıq arzulayıb.