Yazını böyüt
Yazını kiçilt
Belarus prezidenti Aleksandr Lukaşenko İsveçin paytaxtı Stokholmda İraq əsilli Salvan Momikanın Qurani-Kərimi yandırmasına sərt fikir bildirib.
Hafta.az-ın yazdığına görə, dövlət başçısı jurnalistlərin suallarını cavablandrarkən deyib ki, müsəlmanlara qarşı istənilən aqressiya axmaqlıqdır.
"Bunu hakimiyyətin himayəsi altında etmək nəyə lazımdır? İsveç administrasiyası buna mane ola bilməzdi, əlbəttə bilərdi, amma dayandırmadı. İsveç hökuməti bildirdi ki, bu qanunidir. Vətəndaş müharibəsinə səbəb ola biləcək problemlər yaratmaq lazım deyil”, - Lukeşenko deyib.