Maaşı ehtiyaclarını görməyən rusların sayı 45 faizə yüksəldi

11:15 24.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Aylıq maaşları ehtiyaclarına çatmayan rusların payı iki il ərzində 25 faizdən 45 faizə yüksəlib.

Hafta.az-ın hh.ru onlayn recruiting tərəfindən aparılan sorğuya istinadən yazdığına görə, rusların 45 faizi əsas ehtiyaclarını ödəmək üçün kifayət qədər maaş almır. Sorğuda iştirak edən respondentlərin 36 faizinin maaşı əsas ehtiyacları demək olar ki, ödəmir.

2021-ci ildə maaşı kafi olmayanların nisbəti 25 faiz, güclə yetəcək qədər qazananların nisbəti isə 39 faiz olub.

RBK xəbər verir ki, sorğu oktyabrın 2-dən 13-dək 4934 rusiyalı işçi və işaxtaran arasında keçirilib. Sorğuda iştirak edənlərin 20 faizi bildirib ki, maaşları onlara lazım olan hər şeyi almağa imkan verir. Hansı ki, 2021-ci ildə bu rəqəm 36 faiz təşkil edib.

Maaşlarından narazı qalan sorğu iştirakçıları ehtiyaclarını ödəmək üçün o qədər adekvat olmadıqlarını bildiriblər. Respondentlərin 56 faizi maaşlarından 20 min rubldan çox vəsaitin qeyri-kafi olduğunu, 23 faizi 20 min rubla qədər, 21 faizi isə 15 min rubl hesablayıb.

Maaşlarının əsasən kifayət qədər olduğunu deyənlərin nisbəti Moskvada 26 faiz, Tomsk vilayətində 24 faiz, Tatarıstanda və Primorsk vilayətində 23 faiz olub.

Rusiya Mərkəzi Bankının oktyabrda açıqladığı fəaliyyət hesabatında real gəlirlərdə azalma olduğu qeyd edilib.