Maaşlar ən azı bu qədər ARTMALIDIR - AÇIQLAMA

16:09 18.10.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Maaşların, təqaüdlərin və müavinətlərin artırılması ilə bağlı indeksasiya aparılmalıdır. Ölkədə müxtəlif kontingentlər var. Həmin kontingentlərə uyğun olaraq da artımlar olmalıdır. Minimum əməkhaqqı alanların əmək haqqı artırılmalıdır, pensiya alanların pensiyası artırılmalıdır və s.”.

Bu fikirləri hafta.az-a açıqlamasında iqtisadçı alim, professor Əli Əlirzayev bildirib.

Onun sözlərinə görə, minimum istehlak səbətini təmin etmək üçün hökümət ən azı 20 faiz civarında artımı təmin etməlidir: “Bütövlükdə götürəndə indeksasiya aparılmalıdır ki, əhalinin minimum istehlak səbətini təmin etmək üçün nə qədər vəsait lazımdır. Buna uyğun minimum əməkhaqqı artırılmalıdır. Və yaxud orta təbəqənin istehlak səviyyəsi nə qədərdisə ona uyğun olaraq artımlar edilməlidir. Yəni, gəlirlər və istehlak arasında olan nisbəti saxlamaq yolu ilə artımlara getmək lazımdır. Minimum istehlak səbətini təmin etmək üçün hökümət ən azı 20 faiz civarında artımı təmin etməlidir”.

Ə. Əlirzayev bu il ölkədə infilyasiya səviyyəsinin ötən illərlə müqaysədə yüksək olacağını da vurğulayıb. Onun sözlərinə görə 2021-ci ildə Azərbaycanda infilyasiya 5 faiz həddindən yüksək olacaq.         

Oxunma sayı 1598