Magistraturaya qəbul imtahanı bu tarixdə keçiriləcək

16:20 14.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Magistraturaya qəbul imtahanının ikinci cəhdinin vaxtı açıqlanıb.

Bu barədə hafta.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat 1 – 14 aprel 2025-ci il tarixlərində aparılacaq.

İmtahan isə mayın 11-də keçiriləcək.