Makrondan Zelenskiyə “məsləhət”

19:15 06.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Moskva ilə münaqişənin həlli prosesində Kiyev mövcud reallıqlardan çıxış edərək ərazi məsələlərini müzakirə etməlidir. Bunu Yelisey sarayının X sosial şəbəkəsindəki rəsmi səhifəsində çıxışı yayımlanan Fransa prezidenti Emmanuel Makron deyib.

O, Parisdə keçirilən Fransa səfirlərinin konfransında iştirak edib. Tədbir zamanı o qeyd edib ki, sülhə nail olmaq üçün Ukrayna rəhbərliyi ərazi məsələləri üzrə “real müzakirələr aparmalıdır”.

Eyni zamanda Makron əmin olduğunu bildirib ki, münaqişənin həlli prosesi sadə ola bilməz.

“Ukraynanın iştirakı olmadan Ukraynada sülh təşəbbüsləri ola bilməz. Həmçinin, Avropanın iştirakı olmadan Avropanın təhlükəsizliyini təmin etmək olmaz”, - deyə prezident əlavə edib.