Malayziyada 5 timsah “təhlükə törətdikləri üçün” öldürülüb

09:45 24.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Malayziyanın Sabah əyalətinin vəhşi təbiət rəsmisi Augustine Tuuga, insanlara hücum etdikləri üçün bəzi timsahları ovladıqlarını açıqlayıb.

Hafta.az-ın “The Star” qəzetinin məlumatına istinadən yazdığına görə, Avqustin Kota Belud şəhərində 4, Lahad Datu şəhərində isə 1 timsahın öldürüldüyünü bildirib.

Qeyd olunub ki, sözügedən timsahlar bəlkə də rayon sakinlərinə hücum edənlər deyil, sadəcə “insanlar üçün təhlükə törətdiyi” əsası ilə öldürülüb.

Kota Belud, Lahad Datu və Tavau bölgələrində timsahların hücumuna məruz qaldığı düşünülən 3 nəfərin sentyabr ayından itkin düşdüyü bildirilir.