Mamuka Mdinaradze: “Əcnəbilər müxalifəti özləri əvəz etməyə məcbur qalıblar”

09:05 09.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze seçkilərə kənardan müdaxilənin misilsiz kampaniyasının bir neçə yaxşı tərəfinin olduğunu bildirib.

Hafta.az-ın yazdığına görə, bu haqda Mdinaradze sosial şəbəkədə yazır. Fraksiya sədri yazır:

Birinci, Gürcüstanda xarici agenturanın mütləq lüstrasiyası baş verdi.

İkinci, aşkar olundu ki, Gürcüstanda baş verən hər şeyi Rusiyaya bağlamaq kampaniyası nəticə vermədi, çünki onlar tərəfindən başqa misilsiz tədbirlərin görülməsi zərurəti ortaya çıxdı.

Üçüncü, xalq son illər kənardan sifariş edilmiş emosiyaların ardınca getməyin nə ilə müşaiyət olunacağını daha yaxşı dərk edəcək.

Dördüncü, xalq agentlik müxalifətinin o dərəcədə dağıldığını gördü ki, əcnəbilər müxalifəti özləri əvəz etməyə məcbur qaldılar.

Beşinci, Gürcüstan vətəndaşının seçimi çox asanlaşdı: o, öz ölkəsinin seçkilərində gürcülərə, yoxsa əcnəbilərə doğru olduğunu seçməlidir.

Altıncı, ağıl sahibi olan hamı gürcü xalqının sarsılmaz xasiyyətindən irəli gələrək anlayır ki, anti-gürcü təzyiqi nə qədər güclü olarsa, gürcü dəstəyi də bir o qədər güclü olar.