Masallıda 84 yaşlı kişini avtomobil vuraraq öldürüb

10:37 17.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Masallıda 84 yaşlı kişini avtomobil vurub.

APA xəbər verir ki, hadisə Ərkivan qəsəbəsi ərazisində baş verib.

Samir Nurəliyev idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu keçən 1938-ci il təvəllüdlü Nurəddin Bağırovu vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.