Mask elan etdi: Aprelin 20-də tvitter-də yenilik olacaq

11:28 12.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Aldığı və həyata keçirdiyi radikal qərarlarla tez-tez gündəmdə olan Twitter-in sahibi Elon Mask yeni açıqlama verib. Mask, Blue Tick tətbiqinin Twitter hesabından silinəcəyini açıqlayıb və bunun üçün tarix verib.

Hafta.az-ın yazdığına görə, köhnə Mavi işarənin silinəcəyini bildirən Mask 20 aprelin son gün olduğunu açıqlayıb.

Yoxlama işarəsinin tərifi dəyişir. Twitter əvvəllər ictimai maraq doğura bilən və Twitter-in müəyyən şərtlər altında müstəqil olaraq təsdiqlədiyi aktiv, tanınmış və orijinal hesabları göstərmək üçün mavi işarədən istifadə edirdi.

Qeyd edək ki, Elon Mask tərəfindən edilən dəyişikliklə, indi yeni adı Twitter Blue olan Blue Tick əldə etmək üçün ödəniz ödəmək lazımdır.