May tətilində ruslar nə qədər pul xərcləyirlər?

09:29 13.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) Rusiya vətəndaşlarının may bayramları zamanı xərclərini araşdırıb.

Hafta.az-ın ATOR-un məlumatına istinadən yazdığına görə, mayda satılan tur paketlərinin 46 faizi Türkiyə turları olub.

Bunun ardınca Rusiyanın daxilinə (17 faiz), Misir (15 faiz), Birləşmiş Ərəb Əmirlikləri (7,5 faiz) və Taylanda (6 faiz) turlar gəlir.

Bu beş istiqamətin orta qiyməti adambaşına 200 min rubl (3685 manat) təşkil edir.

Türkiyə və Rusiya turları aprel ayı ilə müqayisədə 42-44 faiz, Misir turları 11 faiz, Birləşmiş Ərəb Əmirlikləri turları 6 faiz bahalaşıb.