Məcburi köçkünlərin məskunlaşdığı bina yanıb

23:20 05.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qaxda yanğın hadisəsi olub.

Hafta.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Cəlayir kəndində ümumi sahəsi 886 m² olan tikilinin (bir hissəsində məcburi köçkünlər məskunlaşıb, digər hissəsi qeyri-yaşayış) yaşayış sahəsi kimi istifadə olunan hissəsinin yanar konstruksiyaları və içərisindəki ev əşyaları 12 m² sahədə, digər hissəsinin dam örtüyü 144 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.