Məhkəmə məşhur qanuni oğruya 12 il cəza kəsdi

19:34 06.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Moskva Vilayət Məhkəməsi David Kipianini (David Tbilisski) cinayət iyerarxiyasında ən yüksək vəzifə tutmaqda və narkotik maddə saxlamaqda ittiham edib.

Hafta.az bildirir ki, Kipiani 2021-ci ilin yanvarında saxlanılıb və üzərindən narkotik tapılıb. Bundan sonra, Moskva vilayətinin prokurorluğunda deyildiyi kimi, istintaq təcridxanasında o, kamera yoldaşlarına "oğru" titulunu elan edib, həmçinin məhbuslardan birinə "oğru hökmü" elan edib.

Məhkəmə müəyyən edib ki, Kipiani 1980-ci ildə “oğru” titulu alıb, dəfələrlə cinayətkar yığıncaqlarda iştirak edib, həmçinin Moskva vilayətində “cinayətkar təsir dairələrinin yenidən bölüşdürülməsində” iştirak edib.

Bu hökmə əsasən, Moskva vilayət məhkəməsi Kipianini 12 il müddətinə sərt rejimli koloniyada cəza çəkəcək.