Səudiyyə Ərəbistanı Məscidül-Haram və Məscidi-Nəbəvi Baş İdarəsi Məscid-i Haramda fəaliyyət göstərən bütün dövlət qurumları ilə əməkdaşlıq edərək bu müqəddəs ocağı ziyarət edənlərin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görüb. İdarə leysan yağışları ilə bağlı fövqəladə hallar planını işə salıb.

Hafta.az-ın yazdığına görə, Ətraf Mühitin Mühafizəsi Xidməti Agentliyi tərəfindən təmsil olunan rəhbərlik dünən Məscidül-Haramın şahidi olduğu yağışla mübarizə üçün 200-dən çox müfəttiş və müşahidəçi, həmçinin 4 min işçi və 500-dən çox texnika ilə işə başlayıb.

Məscidül-Həram və Məscidi Nəbəvi Məsələlərinin rəhbəri və Kəbənin imamı Şeyx Əbdürrəhman bin Əbdüləziz əs-Sudeys Təhlükəsizlik, Fövqəladə Hallar və Risklər İdarəsinə yağışa qarşı ərazi planlarını hazırlayıb icra etməyi tapşırıb. Bütün bu göstərişlər Ramazan ayı münasibətilə Rəhmanın evində, o cümlədən Haramül-Məcid və ətraflarında namaz qılan və ümrə ziyarətçilərinin sayının çox olması ilə əlaqədar görülən hazırlıqlar çərçivəsində verilib.