Yazını böyüt
Yazını kiçilt
Meksikada tekila istehsalının həcmi və bu içkinin digər ölkələrə tədarükü son üç onillikdə 500%-dən çox artıb.
Bu barədə TASS Tekila İstehsalı üzrə Tənzimləmə Şurasının (RSPT) direktoru Ramon Qonzales Fiqeroaya istinadən məlumat yayıb. Onun çıxışı təşkilatın YouTube səhifəsində yayımlanıb.
Qonzales dəqiqləşdirib ki, 1994-cü ildə Meksika 80 milyon litr, bu gün isə 651 milyon litr tekila istehsal edib. Beləliklə, artım 526% təşkil edib.
Bu həcmin 416,8 milyon litri xaricə çatdırılıb.