Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başlayır

11:30 08.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə bu gündən başlanılır.

Bu barədə hafta.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib. Tədris digər dillərdə aparılan bölmələr üzrə seçimə isə avqustun 11-dən başlanılır.

Qeyd edək ki, avqustun 5-də saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start verilib. Məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır.

Xatırladaq ki, qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.

Oxunma sayı 116
Sosial rubrikasından digər xəbərlər