Məktəbəhazırlıq qruplarına qəbul prosesi nə vaxt yekunlaşacaq?

15:04 15.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2022-2023-cü tədris ili üzrə dövlət ümumtəhsil müəssisələrində təşkil olunmuş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesi davam edir.

Bu barədə hafta.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır. Qeydiyyat prosesi 2022-ci il sentyabrın 14-də yekunlaşacaq.

Oxunma sayı 135