Məktəblərdə monitorinqlərə başlanılıb

14:15 27.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi təhsil müəssisələrində monitorinqlərə başlayıb.

Bu barədə hafta.az-a Agentlikdən xəbər verilib.

Məlumata görə, monitorinqlərin məqsədi təhsil müəssisələrində əmək fəaliyyətində yol verilən nöqsan, hüquqpozmaların aşkarlanması, qarşısının alınması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsidir.