Məktəblilər beynəlxalq olimpiadaya hazırlaşırlar

11:24 29.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Artıq bir neçə ildir ki, Azərbaycan məktəbliləri Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında ölkəmizi uğurla təmsil edirlər. Aprelin 30-dan mayın 7-dək Qazaxıstanın Astana şəhərində keçirilməsi nəzərdə tutulan Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında ölkəmizi 5 şagird təmsil edəcək.

Təhsil İnstitutundan hafta.az-a bildirilib ki, bilik yarışına hazırlıqla əlaqədar beynəlxalq olimpiada mərkəzində şagirdlərə il ərzində nəzəri dərslər keçirilib. Bundan əlavə, praktiki biliklərin daha dərindən mənimsənilməsi üçün UFAZ-da laboratoriya dərsləri təşkil olunub.

Qeyd edək ki, şagirdlərimizin beynəlxalq olimpiadalara hazırlıq prosesi Təhsil İnstitutu tərəfindən həyata keçirilir.