“Mən nə qədər qoca olsam da...” - Bayden

12:18 16.07.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti və bu posta namizəd, demokrat Co Bayden qoca olduğunu etiraf etsə də, rəqibi, eks-prezident respublikaçı Donald Trampın özündən cəmi bir neçə yaş kiçik olduğuna diqqət çəkib.

Hafta.az xəbər verir ki, Amerika lideri bu haqda "NBC News"-a müsahibəsində danışıb.

Bayden seçki yarışında iştirak üçün mübarizəni davam etdirmək qərarını müdafiə edib.

"Mən qocalmışam... Amma mən 1 nömrəli Trampdan cəmi üç yaş böyüyəm və mənim ağlımın itiliyi daha yaxşıdır", - ştatların başçısı deyib.

Bayden "hər hansı bir prezidentin 3,5 ildə uzun müddət ərzində etdiyindən daha çox işlər gördüyünü" iddia edib. “...Mən buna görə mühakimə olunmağa hazıram... İnsanların niyə “Aman Allah, onun 81 yaşı var” dediklərini başa düşürəm. “Heyrət! Vay. 83 və ya 84 yaşı olanda onun vəziyyəti necə olacaq?” Bu, doğru sualdır", - deyə prezident əlavə edib.