Mərakeşli məşhur yazıçı İdris əl-Huri vəfat edib

10:10 16.02.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mərakeşli məşhur yazıçı İdris əl-Huri 83 yaşında vəfat edib.

Hafta.az-ın yazdığına görə, böyük ədib paytaxt rabatda dəfn olunub. "İdris əl-Hurinin vəfatı Mərakeş xalqı üçün böyük itkidir. Əl-Huri möhtəşəm yazıçı idi, eyni zamanda həyatını yaradıcılığa həsr edən, fərqli sosial və mədəni sahələrdə Mərakeş xalqına xidmət edən, millətin sadiq dostu olub. Huri onillər ərzində öz yaradıcılığının bəhrəsi olaraq macəra və yaşam sevgisi, mübarizə və fədakarlıqlarla dolu çox sayda əsərləri ilə Mərakeş məədniyyətinə, mediasına və ədəbi yaradıcılığına xidmət göstərmiş ölməz şəxsiyyətdir", - Mərakeş Yazarlar Birliyinin yaydığı nekroloqda deyilir. 
Xatırladaq ki, əl-Huri 1939-cu ildə Kasablankada doğulub. Gənclik dövründə Sosialist Birlik adını alan "Əl-Muharrar" qəzetində çalışıb. 
Təxminən 1960-cı illərin əvvəlindən ədəbiyyata gələn əl-Huri qısa şeir, hekayə və məqalələr yazmağa başlayıb. Eyni zamanda, kino, teatr, kompozisiya, musiqi və siyasətdən bəhs edən ədəbi, araşdırma və sənət xatirələrini özündə toplayan yazıları ilə tanınıb.