Meşə yanğınlarında ölənlərin sayı 89-a çatıb

09:00 13.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Havay adaları qrupuna daxil olan Maui adasında baş verən meşə yanğınları nəticəsində ölənlərin sayı 89 nəfərə çatıb.

 

Hafta.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Coş Qrin məlumat verib.

 

O qeyd edib ki, Mauidə baş verən bu hadisə ABŞ-da bir əsrdən artıq müddətdə ən ölümcül meşə yanğını olub. " əÖlənlərin sayının artacağı gözlənilir. İnsanların buna hazır olmasını istərdik", - deyə C.Qrin sözlərinə əlavə edib.

 

Ən son məlumatlara görə, 2,2 mindən çox bina dağılıb.