Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla paylaşdığı şəkildən dolayısı hücuma məruz qalmış məşhur türk futbolçu Məsud Özil, sosial media hesabında etdiyi paylaşımla Azərbaycana dəstək verib.
Hafta.az-ın yazdığına görə, Ermənistanın Azərbaycan torpaqlarına hücumlarını kəskin şəkildə pisləyən Məsud Özil sosial səhifəsində "Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir" yazıb.

Paylaşın qısa vaxtda minlərlə izləyici tərəfindən bəyənilib.
M.Özilin paylaşımının ümumi mətni belədir: "Dünyada hər kəsin bu gerçəkliyi bilməsi lazımdır: Dağlıq Qarabağ bölgəsi beynəlxalq müstəvidə azərbaycanın bir parçası olaraq qəbul edilib. Amma illegial şəkildə işğal edilmiş vəziyyətdədir. 2008-ci ilin mart ayında BMT, Azərbaycanın ərazi bütövlüyünü təyin edən və bütün erməni qüvvələrinin bu torpaqlardan çıxarılmasını nəzərdə tutan qərar qəbul edib. Bu səbəblə də, BMT qərarlarının hər kəs tərəfindən təsdiqlənməsini və tanınmasını tələb edirəm. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və işğal olunmuş ətraf rayonlarda silahlı toqquşmanın dünyada sülh və sabitliyi təhlükəyə atmasından ciddi narahatlıq yaratdığını bildirir və öz narahatlığımı da hər kəslə paylaşıram. Sülhə nail olaq, adil və şiddətsiz gələcək üçün çalışaq. Hər iki tərəfdə qeydə alınan hər bir ölüm, hamı üçün itkidir".