Meymunçiçəyi daha bir ölkədə qeydə alındı

13:32 24.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sloveniyanın Mikrobiologiya və immunologiya institutu ölkədə bir nəfərdə meymunçiçəyi virusunun aşkar edildiyini bildirib.

Hafta.az-ın məlumatına görə, bu barədə institutun açıqlamasında deyilir.

Qeyd olunur ki, həmin virusa bir müddət əvvəl Kanar adalarından qayıtmış şəxs yoluxub.

 

Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi infeksiyasının bu günədək 19 ölkədə 131 nəfərdə aşkarlandığını, daha 106 yoluxma şübhəsinin araşdırıldığını bildirib.

Oxunma sayı 182