Mi-8 helikopterinin qəzaya uğradığı yerdə 17 cəsəd tapılıb

15:10 01.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kamçatkada radarlardan itmiş Mi-8 helikopterinin qəzaya uğradığı yerdə 17 cəsəd aşkarlanıb.

Hafta.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Hazırda hadisə yerində Rusiya FHN-in Kamçatka diyarı üzrə Baş idarəsinin axtarış-xilasetmə qrupunun 9 xilasedicisi var. Ərazidə qaranlıq düşdüyü üçün axtarış işləri səhər saatlarına qədər dayandırılıb.

Xatırladaq ki, “Vityaz-Aero” aviaşirkətinə məxsus Mi-8 helikopteri bir gün əvvəl Kamçatkada radarlardan itmişdi. İlkin məlumata görə, qəza anında helikopterin göyərtəsində 22 nəfər olub.