Milli Məclis DSX-nin şəhid hərbçilərinin xatirəsini 1 dəqiqəlik sükutla yad edib

11:05 03.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri qəzaya uğrayıb, 14 hərbi qulluqçumuz həlak olub, 2 hərbi qulluqçumuz yaranıb”.

Hafta.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin iclasında spiker Sahibə Qafarova bildirib.

Həlak olan hərbi qulluqçuların xatirəsi spikerin təklifi ilə 1 dəqiqəlik sükutla yad edilib.