Milli Məclisdə COP29-a dair müzakirələr keçiriləcək

12:59 17.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

COP28-in nəticələri və Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı müzakirələrin keçirilməsi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin yaz sessiyası üçün İş planına daxil edilib.

Hafta.az-ın xəbərinə görə, İş planına əsasən, COP29 çərçivəsində ekologiya sahəsində ixtisaslaşmış QHT-lərlə görüş və müzakirələr keçirilməsi də nəzərdə tutulub.

COP29 çərçivəsində Bakı şəhərində atmosferə atılan tullantıların idarə edilməsinə dair dinləmə də iş planına daxil edilib.