Milli Musiqi Gününə həsr olunan videoçarx hazırlanıb

17:39 17.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Musiqi Günü münasibəti ilə sosial videoçarx hazırlanıb.

Mədəniyyət Nazirliyindən hafta.az-a verilən məlumata görə, videoçarx Nazirliyin dəstəyi ilə Heydər Əliyev Sarayının nəzdində yaradılan “Prodüser mərkəzi” tərəfindən hazırlanıb.

Videoçarxın əsas məqsədi dahi bəstəkar Üzeyir Hacıbəylinin irsinin, klassik musiqimizin Azərbaycan gənclərinə təbliğ edilməsidir.

Layihənin ideya müəllifi Ramil Qasımov, səs rejissoru Cavid Cavadoğlu, aranjemançı Coşqun Qadaşov, vokal üzrə müəllimi İnarə Babayeva və prodüseri Fərid Mərddir.

Sosial videoçarxda Mədinə Ağayeva, Emin Məmmədov, Rəşad Ağayev, Əntiqə Yusifova, Kənan Məmmədzadə yer alıblar.

 
Oxunma sayı 20