Millimiz Kosovonu məğlub edib

11:53 26.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünən Azərbaycanın futzal üzrə U-19 millisi Avropa çempionatının ilkin mərhələsində mübarizəyə start verib.

Hafta.az xəbər verir ki, yığmamız ilk görüşdə Kosovo ilə qarşılaşıb.

Matç Azərbaycan millisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz növbəti görüşünü bu gün keçirəcək. Rəqib San Marino millisi olacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Avropa çempionatı. ilkin mərhələ

Azərbaycan (U-19) – Kosovo (U-19) - 4:1

Qollar: Hüseyn Cəfərzadə, 17:39, Ədalət Ələkbərov, 22:22, 35:47, Rəvan Məsiyev, 31:34 - Valmir Musoli, 5:12.