Milyonları öldürən xəstəliyin necə yayıldığı bilindi

10:10 24.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Orta əsr Avropasında 25 milyon insanın ölümünə səbəb olduğu təxmin edilən vəba epidemiyasının düşünüldüyündən fərqli şəkildə yayıldığı ortaya çıxdı.

Hafta.az-ın yazdığına görə, qara ölüm kimi tanınan vəbaya səbəb olan Yersinia pestis adlı bakteriya gəmiricilər və birələr arasında təbii şəkildə yayılır. Birələrin insanları dişləyərək xəstəliyi ötürdüyü məlum olduğundan, bunun vəba epidemiyalarına səbəb olduğu təxmin edilir.

“PLOS Biology” jurnalında dərc edilən araşdırmaya görə, Avropada epidemiyanın yayılmasında başqa bir böcək də birə qədər mühüm rol oynamış ola bilər. İnsan qanı ilə qidalanan bədən bitlərinin Yersinia pestis bakteriyasını daşıya biləcəyi bilinsə də, epidemiyaya səbəb olacaq qədər yaya bilməyəcəkləri düşünülürdü.

"Avropada “Qara ölüm” epidemiyasının tibbi tarixi ilə bağlı uzun müddətdir davam edən mübahisələr var" deyib tədqiqatın baş müəllifi Co Hinnebuz.

Bu qeyri-müəyyənliyi aradan qaldırmaq üçün elm adamları laboratoriyada bədən bitlərinin bakteriyaları yayma sürətini araşdırıblar. Bitlər insan dərisinin temperaturunu təqlid edən süni dəri üzərində Yersinia pestis olan qan nümunələri ilə qidalanaraq yoluxublar. Nümunələrdəki bakteriyaların səviyyəsi real insan hadisələrinə yaxın idi.

Bu bitlər daha sonra steril süni dəridən qan udaraq bakteriyaları müntəzəm olaraq yaymağa başlayıblar.

Tədqiqatçılar həmçinin bakteriyaların bitlərdə Paulovski bezlərini yoluxdura biləcəyini müəyyən ediblər. Bu tüpürcək vəziləri infeksiyanı yalnız həzm sistemində daşıyan bitlərə nisbətən patogeni daha ardıcıl ötürürdü.

Vəzilərin ifraz etdiyi bir növ sürtkü maddəsinin bakteriyaları bitin ağzına ötürdüyü düşünülür. Alimlərin fikrincə, bu bitlər insanları dişləyərək xəstəliyi ötürmüş və epidemiyanın yaranmasında rol oynamış ola bilər.

Hinnebuz deyir: "Birinci gün kimi bakterial ötürülmə var, lakin infeksiyadan üç ilə 7 gün sonra daha çox bakterial ötürülmə baş verir".

Oxunma sayı 134