Ötən gün kütləvi informasiya vasitələrində Mingəçevir şəhər B.Şıxəliyev adına 6 nömrəli tam orta məktəbin sanitar qovşağının, eləcə də, məktəb binasının tədrisə yararsız vəziyyətdə olması ilə bağlı görüntüləri əks etdirən məlumat yayımlanıb.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən hafta.az-a verilən məlumata görə, sözügedən görüntülərlə bağlı məlumatlıyıq və adıçəkilən məktəbin binasına ötən günlərdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbərliyi, Əsaslı Tikinti və Təchizat İdarəsinin yerli bölməsinin mütəxəssisləri tərəfindən baxış keçirilib, yaxın vaxtlarda məktəbdə təmir işlərinə başlanılacaq.
"Həmçinin, yayımlanan məlumatda əks olunan fotoşəkillərin bir hissəsi məktəbin uzun müddətdir istifadəsiz qalan korpusuna aiddir və həmin korpus hazırda tədris prosesi və ya tədrisə yardımçı məqsədlər üçün istifadə olunmur: