Yazını böyüt
Yazını kiçilt
Bu gün minifutbol üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının 1/8 final matçına çıxıb.
Hafta.az xəbər verir ki, yığmamız Rumıniya ilə görüşüb.
Görüşün qalibi penaltilər seriyasında bəlli olub. Komandamız daha dəqiq olaraq, güclü rəqibi mübarizədən kənarlaşdırıb.
Dünya çempionatı - 1/8 final
Azərbaycan - Rumıniya - 1:1, pen. 2:1
Qollar: Ramiz Çovdarov, 29 - Robi Mariuş, 13
Qeyd edək ki, komandamız 1/4 finalda İngiltərə ilə üz-üzə gələcək.