Minifutbol yığmamız Millətlər Liqasında ikinci olub

21:35 01.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında final oyununa çıxıb.

Hafta.az xəbər verir ki, komanda həlledici raundda ev sahibi kollektiv ilə üz-üzə gəlib.

Görüşün əsas vaxtı heç-heçə ilə (2:2) yekunlaşdığı üçün penaltilər seriyası oynanılıb. Burada dəqiq olan slovaklar Millətlər Liqasının qalibi olub - 3:1.

Millimiz isə turniri ikinci pillədə başa vurub.