Minlərlə ukraynalı qaçqın İspaniyada vəd edilən maddi yardımı ala bilməyib

13:07 03.03.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İspaniyaya gələn minlərlə ukraynalı qaçqın hələ də ötən ilin yayında krallığın hakimiyyət orqanlarının onlara vəd etdiyi maddi yardımı almır. Bu barədə cümə günü “El Pais” qəzeti məlumat yayıb.

İspaniya hökuməti köçkünlərin bir ailə üçün ayda 400 avro, həmçinin altı ay ərzində hər uşaq üçün 100 avro ala biləcəklərini açıqlayıb. Vəsaitlərin bölüşdürülməsi regional hakimiyyət orqanlarına həvalə edilib və oktyabrda məbləğin 70%-i onlara verilib. Lakin qəzetin yazdığı kimi, bürokratik problemlər üzündən pul qaçqınlara heç vaxt çatmayıb.

Ən azı səkkiz İspaniya bölgəsi hələ də vəd edilən dəstəyi təklif etmir. Qeyd olunur ki, bu maddi yardım, məsələn, başqa heç bir maliyyə dəstəyi olmadan qohumları və ya dostları ilə yaşayan qaçqınlar üçün nəzərdə tutulub. Söhbət son bir il ərzində İspaniyaya gələn təxminən 170 min ukraynalı qaçqının 40 min nəfərindən gedir.

Hələ vəsait paylamağa başlamamış muxtar icmalar arasında ən çox ukraynalıları qəbul edənlər var: Valensiya, Kataloniya və Madrid.