Minsk şəhərində Nizami Gəncəvinin heykəli ucaldılıb

14:02 20.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Belarusun paytaxtı Minsk şəhərində Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi ucaldılıb.

Hafta.az xəbər verir ki, abidə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələrək hazırlanıb. Abidə şəhərin mərkəzi hissələrinin birində - Azərbaycanın Belarusdakı səfirliyinin binası yaxınlığında ucaldılıb.

Müəllifi Azərbaycanın Xalq rəssamı Səlhab Məmmədov olan abidənin hündürlüyü postamentlə birgə 3,5 metrdir.

Yaxın zamanlarda abidənin rəsmi açılışının olacağı gözlənilir.