MN: Ağdam istiqamətində erməni silahlılarının təxribatının qarşısı alınıb

13:16 13.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 13-ü saat 12:20 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətindəki döyüş mövqeləri intensiv atəşə tutulub.

Hafta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb", MN-dən bildirilib.