Hindistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada baş nazir Narendra Modinin Rusiya prezidenti Vladimir Putindən Rusiya ordusunda xidmət edən hindistanlıları kənarlaşdırmağı istəyib.
Hafta.az-ın NDTV-yə istinadən yazdığına görə, təxminən iyirmi Hindistan vətəndaşı "orduya götürüldükdən sonra Ukraynada əsir düşüb, onlardan bəziləri ölüb. Hindistan Xarici İşlər Nazirliyi Modinin Putinlə görüşündə bu məsələni qaldırdığını bildirib.
Nazir müavini bildirib ki, Rusiya tərəfi orduda xidmət edən bütün Hindistan vətəndaşlarını vaxtından əvvəl tərxis etməyə söz verib.
Hindistan rəsmilərinin məlumatına görə, Rusiya ordusunda ümumilikdə 35-50 Hindistan vətəndaşı xidmət edir. Onlardan 10-u artıq öz ölkələrinə qayıdıb.
Hindistan ND telekanalının məlumatına görə, təxminən iyirmi Hindistan vətəndaşı onlara yaxşı maaşlı iş vəd edən insanlar tərəfindən orduya götürüldükdən sonra özlərini müharibə zonasında görüblər. NDTV bildirir ki, Ukraynada azı iki hindistanlı öldürülüb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında “Biz bu məsələni şərh etmirik” deyib. Mart ayında Hindistanın Mərkəzi Təhqiqat Bürosu (CBI) ölkə vətəndaşlarını işlə təmin etmək, özəl universitetlərə qəbul olmaq və pulsuz viza uzatmaq vədləri ilə Rusiyaya cəlb edən və sonra onları müharibəyə göndərən işəgötürənlər şəbəkəsini aşkarladığını açıqlamışdı.
Təhlükəsizlik qüvvələri Yeni Dehli və Mumbay da daxil olmaqla bir neçə şəhərdə axtarış aparıb, bir neçə şübhəlini saxlayıb və 50 milyon rupi (605 min dollar) nağd pul ələ keçirib.
CBI-nin məlumatına görə, işəgötürənlər Hindistanın müxtəlif ştatlarında fəaliyyət göstərirdilər, "yerli agentlər" və sosial media vasitəsilə uyğun gəncləri tapırdılar. Bəzilərinə Rusiyadakı özəl universitetlərə qəbul olunmaq və pulsuz viza müddətinin uzadılmasında köməklik göstərilib. İndiyədək Hindistandan təxminən 24 nəfərin Rusiya ordusunda xidmət etdiyi təxmin olunur.