Moldova Ukraynada döyüşən insanları vətəndaşlıqdan məhrum edəcək

20:26 26.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Moldova prezidenti Maia Sandu Ukraynaya qarşı müharibədə Rusiya üçün döyüşəcək ölkə sakinlərini vətəndaşlıqdan məhrum edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Hafta.az xəbər verir ki, bu, ilk növbədə, ikili, Moldova və Rusiya vətəndaşlığı olan insanlara aiddir.
Bununla belə, prezidentin sözlərinə görə, başqa vətəndaşlığı olmayan Moldova vətəndaşlarının vətəndaşlığından məhrum edilməsi imkanları da nəzərdən keçirilir.

"Moldova vətəndaşlarının Moldovanın şərq vilayətlərində səfərbər olunması riski var. Biz yalnız Moldova vətəndaşlığına malik olan və hərbi münaqişədə təcavüzkarın tərəfində çıxış edəcək vətəndaşların vətəndaşlığından məhrum edilməsi imkanını nəzərdən keçiririk", - Sandu bildirib.

Oxunma sayı 1656