Moldova XİN başçısı Azərbaycana təşəkkür edib

14:03 09.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Pandemiya ilə mübarizə dövründə Azərbaycan Moldovaya yardım edib və buna görə biz Azərbaycana təşəkkür edirik”.

Hafta.az-ın xəbərinə görə, bu barədə Moldovanın xarici işlər naziri Niko Popesku azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
O deyib ki, Azərbaycan pandemiya dövründə onların xəstəxanalarına yardım edib:

“Buna görə təşəkkür edirik və bunu yüksək qiymətləndiririk” – o əlavə edib.