Moldovanın Daxili İşlər naziri koronavirusa yoluxub

18:36 03.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Moldovanın Daxili İşlər naziri Pavel Voyku koronavirus infeksiyasına yoluxub.

Hafta.az yerli mətbuata istinadla xəbər verir ki, nazirin özü mətbuata açıqlamasında koronavirusa tutulduğunu təsdiqləyib.

“Mayın 2-də koronavirusun yüngül formasına tutulduğum təsdiqlənib. Hazırda evdə özümütəcrid formasında müalicə alıram”, - deyə Voyku əlavə edib.

Qeyd edək ki, son məlumata görə, Moldovada 3980 nəfər koronavirusa yoluxub, onlardan 1004-ü tibb işçiləridir. 1334 nəfər koronavirusdan müalicə alaraq evə buraxılıb, 124 nəfər isə ölüb.